AÇ-2017-nin püşkatmasının vaxtı bilindi, 1 qrup oyunu əyalətdə – Göygöldə keçiriləcək

Xəbər verdiyimiz kimi, voleybolçu qadınların Avropa çempionatı-2017 Azərbaycan və Gürcüstanda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 2 qrupun oyunları Bakıda, bir qrup Gürcüstanda və bir qrupun oyunları Göygöl Olimpiya Kompleksində təşkil olunacaq.

Bu gün yarışa hazırlıqla bağlı Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti, eləcə də Türkiyə Voleybol Federasiyasının prezidenti Özxan Mutlugil Göygöldə səfərdə olub. AVF-in rəsmiləri, Göygöl İcra Hakimiyyətinin və İdman İdarəsinin rəhbərləri bu görüşdə iştirak ediblər.

Artıq Göygöl Olimpiya Kompleksində hazırlıq işlərinə start verilmişdir. Nəzərinizə çatdıraq ki, noyabr ayında paytaxtımızda Avropa çempionatı-2017-nin keçirilməsi ilə bağlı müqavilənin imzalanma mərasimi və çempionatın püşkatma mərasimi keçiriləcəkdir.

Həmin kateqoriyadan