ACF-in yeni rəhbərliyi ölkəmizdə «Böyük dəbilqə»nin daha 4 il keçirilməsində maraqlıdır

Son 3 ildə Azərbaycanda usta cüdoçuların «Böyük dəbilqə» turniri keçirilər. Bu yarış seriyası dünyanın nüfuzlu tədbirlərindən sayılır; olimpiya mərhələsində sanballı lisenziya xalları verir (ilk 5 yer müvafiq olaraq, 500, 300, 200 və 100). Gələn ilin mayında paytaxtda növbəti «Böyük dəbilqə» turniri keçiriləcək və bununla da bağlanmış müqaviləyə əsasən, yarışın bizdə keçirilmə müddəti başa çatacaq.

Allsport.az saytına daxil olan məlumata görə, ACF-in yeni rəhbərliyi beynəlxalq federasiya ilə müqaviləni daha 4 illəyə artırmaq istəyir. Bu niyyətlə, vitse-prezident Sadıq Sadıqov və millimizin yeni baş məşqçisi Peter Zeyzenbaher, 24-28 oktyabrda BƏƏ paytaxtı Abu-Dabidə keçiriləcək gənc cüdoçuların dünya birinciliyində İCF prezidenti Marius Vizirlə danışıq aparacaqlar.

Bayaq qeyd etdiyimiz kimi, «Böyük dəbilqə» seriyası olimpiadalara vəsiqə xalı verdiyindən, çox güman, ACF gələn il təqvimdə mayda nəzərdə tutulan yarışı bir ay önə çəkilməsində maraqlı olacaq. Çünki gələn ilin aprelində lisenziyala ballarının yığılması müddəti başa çatır.

Həmin kateqoriyadan