Açıq məşq və brifinq

Aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sərbəst və yunan-Roma güləşçilərimiz Bakıda, qadınlar isə Kiyevdə təlim-məşq toplanışı keçir.

Sabah sərbəst və yunan-Roma güləşi üzrə millilərimizin mətbuat üçün açıq məşqi baş tutacaq. Saat 11:00-da başlayacaq hazırlığı işıqlandırmaq üçün bütün KİV olimpiya güləş mərkəzinə dəvətlidir. 

Qeyd edək ki, sabah Avropa çempionatında iştirak edəcək yığmalarımızın heyəti də açıqlanacaq və brifinqdə KİV nümayəndələri suallarına cavab tapa biləcək.

Həmin kateqoriyadan