Adam narazılıq etdi: “Fasilədən sonra futbolçularımı tanıya bilmədim”

19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Nikolay Adam, Sloveniya üzərində qələbə qazanılan qələbəyə şərh verib. Allsport.az saytı xəbər verir ki, o, «ay-ulduzlular»ımızın 3:2 hesablı ilə üstün olduğu matçda fədakarlıqla mübarizə apardığını, amma bəzi məqamda futbolçuların yersiz arxayınlaşdığını deyib:

“Qarşılaşma çox gərgin alındı. İlk 2 turdakı uğursuz nəticələrdən sonra bu gün sübut etdik ki, biz də futbol oynaya bilirik. Amma təəssüf edirəm ki, yalnız bir hissədə yaxşı oynadıq. Fasilədən sonra futbolçularımı tanıya bilmədim.

Bunun səbəbini bilmirəm. Ola bilsin, ikinci hissənin əvvəlində qol buraxdıq. Bu qoldan sonra bəlkə də uşaqlarda gərginlik yarandı. Önəmlisi odur ki, qələbə hesabını qoruya bildik. Komandamız əsl xarakter nümayiş etdirdi. Unutmayaq ki, Sloveniya yığması da güclü rəqibdir.

Əksər üzvlərimiz 1997-ci ilə təvəllüdlüdürlər. Bu isə o deməkdir ki, hazırki heyətlə növbəti tsikldə də mübarizə apara bilərik”.

Həmin kateqoriyadan