Adam ümid verdi

19 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin ikinci cəhdində Slovakiya millisinə uduzan (4:1) seçməmizin baş məşqçisi Nikolay Adam oyunun çətinliyindən danışıb. Allsport.az xəbər verir ki, slovakların güclü rəqib olduğunu deyən alman mütəxəssis Sloveniya ilə qarşılaşmaya da toxunub.

“Bilirdik ki, görüş çox ağır olacaq. Bu komandanın heyətində rəqibin səhvlərini bağışlamayacaq futbolçular yer alıb. Onlar bütün şanslardan effektli istifadə edirlər”.

“Şənbə günü bizi finala bərabər oyun gözləyir. Sloveniya ilə oyuna gəlincə, ciddi hazırlaşırıq. Bu matçda qələbə qazanmaq istəyirik. Mənə elə gəlir ki, bu, mümkündür”.

Komandamız startda macarlarla heç-heçə edib – 1:1.

Həmin kateqoriyadan