“Adanaspor” azərbaycanlı idman direktorunu rəsmən ictimaiyyətə təqdim edib

“Adanaspor” klubu azərbaycanlı məşqçi Asim İbrahimovu rəsmən ictimaiyyətə təqdim edib. Allsport.az saytınən məlumatına görə, artıq həmyerlimizin Türkiyənin 1-ci liqa təmsilçisinin idman direktoru vəzifəsinə təyinatı rəmsiləşib.

Bu barədə klubun saytı məlumat yayıb. Qeyd olunub ki, qardaş ölkə Azərbaycanla idman sahəsində iş birliyi davam edir, bu olay Milli Qurtuluş Günündə elan olunması sevindiricidir.

Mütəxəssis əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. Onun son iş yeri Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) olub.

Həmin kateqoriyadan