ADBTİA-nın magistrləri “Old Trəfford”da olub

Bu gün ADBTİA-nın “İdman menecmenti” magistr dərəcəsində təhsil alan tələbələr dünyanın ən tanınmış futbol klublarından olan “Mançester Yunayted”in “Old Trəfford” stadionunda və muzeyində olublar.

Allsport.az saytı xəbər verir ki, 1910-cu ildə tikilmiş qurğu ilə tanışlıqda stadion işinin təşkili, strukturu, idmançılar, hakimlər, məşqçilər, KİV nümayəndələri, rəsmi qonaqlar üçün ayrılmış otaqlar, idmançıların geyim otaqlarının təşkili və digər mövzularda dərslər keçirildi.

 

Həmin kateqoriyadan