Adil Şükürov Türkiyə millisinin və “Traktorsazi” klubunun rəhbərliyi ilə görüşüb

“Zirə” futbol akademiyasının koordinatoru Adil Şükürov Türkiyədə olub. Allsport.az saytı xəbər verir ki, o, burada bir sıra görüşlər keçirib. Mütəxəssis qardaş ölkədə Təbrizin “Traktosazi” klubunun rəhbərliyi ilə də görüşüb:

“Türkiyədə “Traktorsazi”nin rəhbərliyi ilə görüşdüm. Gələcək planlardan, klublarda gedən işlərdən, gəncləşdirmə siyasətindən danışıq. Sonda klubun vitse-prezidenti Səid Acullu bizi İrana dəvət etdi ki, gələcəkdə əlaqələrimizi daha da möhkəmləndirək. Onlar biləndə ki, mən futbolçu kimi “Traktorsazi”də oynamışam, daha da çox yaxınlıq etməyə başladılar”.

Bundan başqa, Adil bəy qardaş ölkədə Türkiyə U-19 millisinin baş məşqçisi Vedat İnceefe və Türkiyə aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru Tolunay Kafkasla görüşüb.

Həmin kateqoriyadan