Adil Şükürov: “Yolumuza davam etdiyimiz üçün çox sevinirəm”

“Zirə”nin baş məşqçisi Adil Şükürov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, zirəlilərin çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:

“Oyun düşündüyümüzdən daha çətin keçdi. AzAL oyundan oyuna daha yaxşı təsir bağışlayır. Qalib gəlib, yolumuza davam etdiyimiz üçün çox sevinirəm. Gücümüz çatdığı qədər irəli getməyə çalışacağıq”.

Həmin kateqoriyadan