Aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçirilib. Allsport.az xəbər verir ki, yarışda 32 idmançı birincilik uğrunda mübarizə aparıb.

Turnirdə 2004-2006-cı il təvəllüdlü gimnastların yarışında Fəridə Ağayeva, 2001-2003-cü il təvəllüdlü idmançıların mübarizəsində Fatimə Babayeva birinci olublar.

Böyüklərin turnirində isə Anastasiya Koltunova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Həmin kateqoriyadan