Aerobika gimnastlarımız dünya çempionatında iştirak ediblər

Koreya Respublikasının İnçeon şəhərində aerobika gimnastikası üzrə dünya çempionatı keçirilib.

Allsport.az saytı xəbər verir ki, 2013-cü ilin sonundan etibarən ölkəmizdə inkişaf etməyə başlayan bu növün təmsilçiləri ilk dəfə olaraq belə mötəbər yarışa qatılıblar.

Kişilərin fərdi yarışlarında çıxış edən Vladimir Dolmatov 20-ci, dünya yaş qruplarında qadınların fərdi çıxış proqramı üzrə yarışlarda isə Nərminə Hüseynova 35-ci nəticə göstərib.

Həmin kateqoriyadan