Aerobikaçılarımızdan 2 qızıl

Bratislavada aerobika üzrə açıq Slovakiya çempionatına yekun vurub. Allsport.az saytı xəbər verir ki, 15 ölkənin qatıldığı turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub.

Milli üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında qızıl medal (19.344) qazanıblar.

Gimnastlarımızın daha  bir  uğurlu çıxışı isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və Vladimir Dolmatov 19.800 xalla turnirin gümüş medalına da sahibləniblər.

Qarışıq cütlükdə igimnastlarımız İmran və Mədinə 6-cı, fərdi çıxışlarda Elçin 5-ci, Nərminə isə 7-ci yerlə turniri başa vurublar.

9-11 yaşlı gimnastların mübarizəsində isə yeganə təmsilçimiz Məryam Topçubaşova fərdi proqramda çıxış edərək, qızıl medal qazanıb. Məryamın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilərək, 32 idmançı arasında 1-ciliyə layiq görülüb.

15 ölkədən idmançıların qatıldığı turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub. Millimizin üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri performans onlara yarışların qızıl medalını (19.344) qazandırıb.

Gimnastlarımızın daha  bir  uğurlu çıxışı isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və V. Dolmatov 19.800 xalla turnirin gümüş medalına da sahibləniblər.

Qarışıq cütlükdə igimnastlarımız İmran və Mədinə 6-cı, fərdi çıxışlarda Elçin 5-ci, Nərminə isə 7-ci yerlə turniri başa vurublar.

9-11 yaşlı gimnastların mübarizəsində isə yeganə təmsilçimiz Məryam Topçubaşova fərdi proqramda çıxış edərək, qızıl medal qazanıb. Məryamın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilərək, 32 idmançı arasında 1-ciliyə layiq görülüb.

Həmin kateqoriyadan