AFFA 3 komandaya texniki məğlubiyyət verib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra bu qərarlar çıxarılıb:

Gənclər liqasında “Neftçi” – “Səbail” matçının 10-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Fərman Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Sumqayıt” – “Keşlə” matçının 82-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cavidan Abbaszadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 82-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Pərviz Azadov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
“Neftçi” – “Qəbələ” matçının 90+6-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Təbrik İsazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 liqasında “Zirə” FK – “Qəbələ” matçının 80-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Süleyman Damadayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 80+5-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Ülvi Mədətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Sabah” – “Gəncə” matçının 47-ci dəqiqəsində “Gəncə”nin baş məşqçisi İlham Səmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-13 qızlar liqasında “Əhmədli Yunayted” – “Xırdalan City” matçında “Xırdalan City” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
ŞKGB – “Angel” matçında ŞKGB komandası iştirak etmədiiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasının “Yasamal” MFK – “Araz” matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Yasamal” İSK  – “Liman” matçının 36-cı dəqiqəsində “Liman”ın futbolçusu Haqverdi Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 36-cı dəqiqəsində “Yasamal” İSK klubunun futbolçusu Amil Əlimirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan kubokunun “Dalğa”  – “Rəvan”  matçının 36-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Xalid Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Həmin kateqoriyadan