AFFA baş hakimə qeyri-etik ifadə işlədən və fiziki təsir göstərən məşqçini 1 il işindən uzaqlaşdırıb

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra, assosiasiya tərəfindən təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-19 Liqasında “Kəpəz” (Gəncə) – “Turan” (Tovuz) matçının 44-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Rəşad Nağıyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 88-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

U-10 Liqasında “Leon” FK (Bakı) – “Təhsil” FM (Bakı) görüşü başa çatdıqdan sonra, adı 2-ci çəkilən klubunun məşqçisi Tural Kərimov oyunun baş hakiminə qarşı qeyri-etik ifadələr işlətdiyinə və fiziki təsir göstərdiyinə görə 1 il yarışlardan kənarlaşdırılıb.

Həmin kateqoriyadan