AFFA-dan 20 manatlıq cərimə

AFFA İntizam komitəsi I Divizion klubları ilə bağlı qərarlar verib. Allsport.az xəbər verir ki, VIII turun təxirə salınmış “Bakılı” – “Şuşa” matçındameydan sahiblərinin 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 52-ci dəqiqəsində “Bakılı”nın üzvü Fərid Namazov kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 2 oyunluq cəza alıb. Klubu isə 200 manat ödəməlidir.

X turun “Mil-Muğan” – “Şuşa” matçının 90+2-ci dəqiqəsində “Mil-Muğan”dan qırmızı vərəqə alan Elnur Soltanlı növbəti turu kənardan izləyəcək. Komandası isə 20 manat cərimələnib.

Bu turun “Kəpəz” – MOİK qarşılaşmasında qonaqların baş məşqçisi Namiq Adilov və“Kəpəz”in məşqiçisi Anar Kələntərov texniki zona qaydalarını pozduqlarına görə meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyunluq cəza alıb,  klubları 100 manatından keçməlidir.

Turun “Bakılı” – “Ağsu” görüşü başa çatandan sonra birincilərin inzibatçısı Rövşən Mustafayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 500 manat cərimə ödəməkdən qaça bilməyəcək.

“Qaradağ Lökbatan” – “Lokomotiv” matçında 4 futbolçusu sarı vərəqə alan qonaqlar 100 manat cərimə olunub

“Neftçala” ilə matçda “Şahdağ” da eyni aqibətlə üzləşib – cəriməsi 100 manat. 64-ci dəqiqədə qusarlıların futbolçusu Elmar Yəhyabəyov kobud oyunla meydan qovulduğuna görə 2 oyunluq cəzaya məruz qalıb, klub  da 200 manat cərimələnib.

Bundan başqa, oyunun 90-cı dəqiqəsində “Şahdağ”ın digər bir üzvü – Faiq Ağarəhimov sonuncu ümid foluna əl atdığı üçün növbəti turda meydana çıxmayacaq, 20 manat cərimə də öz yerində.

Həmin kateqoriyadan