AFFA hakimlər komitəsinin sədri Ermənistan yığmasının oyununa təyinat alıb

AFFA-nın hakimlər komitəsinin sədri Fritz Stuçlik yeni təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, o, U-19 Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda hakim-inspektor olacaq.

Bu qrupda Türkiyə, Bolqarıstan, Monteneqro və Ermənistan futbolçuları mübarizə aparacaqlar. Qrupun oyunları noyabrın 12-dən 20-dək Antalyada keçiriləcək.

Həmin kateqoriyadan