AFFA ilə “Hyundai” tərəfdaşlıq müqaviləsinin müddətini uzadıb

AFFA ilə “Hyundai”nin ölkəmizdəki rəsmi distribüteri olan Auto Azərbaycan şirkəti arasında tərəfdaşlıq müqaviləsinin müddəti uzadılıb. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda keçirilən imzalanmadan sonra, Auto Azərbaycan şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə rəmzi açarı AFFA-nın baş katibi Elxan Məmmədova təqdim edib. Qarşı tərəf öz növbəsində, üzərində Azərbaycan milli komandasının futbolçuarının imzası olan futbolkanı şirkətə hədiyyə edib.
“Auto Azərbaycan” şirkəti artıq 3 ildir ki, AFFA-nın rəsmi tərəfdaşıdır. Şirkət bu müddət ərzində AFFA-nın bütün qarajını Hyundai avtomobilləri ilə təmin edib. Tərəfdaşlıq müqaviləsinin daha 3 il müddətinə uzadılması ilə AFFA-nın qarajındakı avtomobillər yenilənəcək.

Həmin kateqoriyadan