“Boz ev” kubok oyunlarına görə 6 klubu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Neftçi” – “Qaradağ Lökbatan” matçının 68-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Kaue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

“Neftçala” – AZAL matçında “Neftçala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Elvin Adışirinli və AZAL-ın futbolçusu Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanıb, AZAL 2000 ,“Neftçala” 200 manat cərimə olunub.

“Simurq” – “Rəvan” matçının 55-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Sumqayıt” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+1-cü dəqiqəsində “Bakı”nın futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

Həmin kateqoriyadan