AFFA milliyə kimi baş məşqçi gətirir – ilinə 3 milyon?

Berti Foqtsla yolunu ayıran AFFA, bir müddətdir Azərbaycan millisində boş qalan baş məşqçi vəzifəsinə mütəxəssis axtarır.  Allsport.az saytı Xorvatiya mətbuatına istınadən xəbər verir ki, deyəsən, “Boz ev” bu məsələni həll edib – “ay-ulduzlular”ımızın sükanı arxasına Robert Prosineçki gətirilir. Həmkarlarımızın yazdığına görə, Fransada AFFA rəhbərliyi ilə xorvatiyalı məşqçi arasında görüş keçirilib. Tərəflər uzun söhbətdən sonra razılığa gəliblər. Anlaşmaya əsasən, Prosineçki sikl bitənədək komandamızın başında olacaq. Onunla noyabrın 4-də Bakıda müqavilə imzalanağı söylənilir.

Bu xəbəri dolayısı yolla AFFA-nın rəsmi saytı da təsdiq edib. Affa.az yazır ki, rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bunların hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır.

Xorvatiya mətbuatı Prosineçkinin Azərbaycanda işlədiyi müddətdə 1 ilinə 3 milyon dollar qazanacağını yazıblar. Nəzərinizə çatdıraq ki, bu şalışdırıcı müxtəlif illərdə Xorvatiya millisində köməkçi məşqçi, “Srvena Zvezda” (Serbiya) və “Kayserispor” (Türkiyə) klublarında baş məşqçi işləyib.

Həmin kateqoriyadan