- Baxış sayı: 32
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 46
- Aprel 18, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
Premyer liqanın 3-cü turunun “Neftçi” – “Kəpəz” matçında ev sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində “beynəlmiləlçilər”dən Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində ölkə çempionunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə komanda 1600 manat cərimələnib.