AFFA “Neftçi”nin idman direktorunu 10 oyunluq cəzalandırdı, klubu 16400 manat cərimələdi

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz premyer liqasının 13-cü turunun oyunları ilə bağlı qərarlar qəbul edilib:

“Sabah” – “Neftçi” matçının 33-cü dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Tural Axundov 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində “Sabah”ın futbolçusu Vanderson Silva 2-ci sarı vərəqə alaraq qovulduğu üçün 1 oyun cəzalanır, klubu 200 manat cərimələnib.

Görşün 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Baqali Dabo 2-ci sarı vərəqə alaraq meydandan uzaqlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.

“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov KİV-də hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanıb, klubu 16000 manat cərimə olunub.

“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qarşı tərəfdən ödəniləcək.

“Sumqayıt” – “Səbail” matçında “kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Zirə” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 61-ci dəqiqəsində “Zirə”nin futbolçusu Bilal Həmdi ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Qarabağ” – “Keşlə” matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan