- Baxış sayı: 23
- 19 Aprel 2024 12:22
- Baxış sayı: 43
- Aprel 18, 2024
- 0
Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb. Allsport.az saytı bizimyol.info-ya istinadən xəbər verir ki, veteran futbolçu Binəqədi polisi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.
Maşallah Əhmədov 1977-ci ildən “Neftçi” klubunda çıxı edib. Keçmiş hücumçu 1995-ci ildə əsas milli komandada çalışdırıcı, U-21-də baş məşqçi işləyib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.