- Baxış sayı: 22
- 29 Mart 2024 10:58
- Baxış sayı: 159
- Mart 28, 2024
- 0
Bu gün Bayıl stadionunda AFFA-nın icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, gündəlikdə dayanan məsələlərdən əvvəl, qurumun prezidenti Rövnəq Abdullayev assosoiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar, İK üzvü Kazbek Tuayevə ölkə futbolunda səmərəli fəaliyyətinə görə diplom və xüsusi hədiyyə təqdim edib. Müzakirədən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq olunsun:
– U-21 və U-20 – Rəşad Sadıqov
– U-19 – Vüqar Məmməd
– U-18 – Zaur Həşimov
– U-17 – Ramin Quliyev
2. FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2, Bakı olimpiya stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınsın
3. Nailə Rüstəm-zadə AFFA-nın oyunçuların statusu və transferi komitəsinin sədri təyin olunsun
İclasda həmçinin “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və Region liqası ilə bağlı xüsusi tqdimatın müşayiəti ilə məlumat verilib.