AFFA prezidenti braziliyalı nazirlə görüşüb

AFFA prezidenti Rövnəq Abdullayev ölkəmizdə səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelo ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, tədbirdə assosiasiya ilə Braziliya Futbol Federasiyaları arasında əməkdaşlıq layihələri müzakirə olunub.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katibi Elxan Məmmədov və Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.

Həmin kateqoriyadan