AFFA prezidenti millini təbrik edib

Avro-2016-nın seçmə mərhələsində “Bakcell Arena”da keçirilmiş Azərbaycan – Xorvatiya oyunundan sonra, AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin paltardəyişmə otağına gedərək, komandanı əzmkar oyun və güclü rəqib qarşısında qazanılmış xal münasibətilə təbrik edib.

Allsport.az saytı xəbər verir ki, o, qarşıdakı görüşlərdə də futbolçularımıza uğurlar arzulayıb. Nəzərinizə çatdıraq ki, “ay-ulduzlular”ımız 0:0 heç-heçə edərək, xalını 5-ə yüksəldib.

Həmin kateqoriyadan