- Baxış sayı: 20
- 23 Aprel 2024 20:00
- Baxış sayı: 63
- Aprel 23, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:
“Qəbələ” – AzAL matçında ev sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
“Zirə” – “Neftçi” matçının 30-cu dəqiqəsində “ağ-qaralar”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.