- Baxış sayı: 9
- 29 Mart 2024 19:10
- Baxış sayı: 165
- Mart 28, 2024
- 0
Dünən AÇ-2016 seçmə mərhələsində millimiz “H” qrupunda Malta ilə görüşdü. Allsport.az saytı xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyundan sonra çarter reysi ilə Bakıya qayıdan “ay-ulduzlular”ımız yolda xoşagəlməzliklə üzləşiblər.
Sportal.az-ın məlumatına görə, Azərbaycan komandası təyyarədə xoş olmayan surprizlə qarşılaşıb. Belə ki, futbolçular hava gəmisində AFFA rəsmilərinin qohum-əqrabası ilə qayıtmağa məcbur olub. Sıxlıq olduğundan, 3 nəfərlik yerlərdə 4-5 milli üzvü əyləşib. İş o həddə çatıb ki, futbolçulardan ayaqüstə gələnlər də olub.