AFFA-da qarşıdurma: “Analiz etdim ki, Vaqif Sadıqov vaxtilə bizə düzgün məşq keçmirdi”

“Uzun illər futbol oynamışam, bir çox böyük məşqçilərlə işləmişəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü AFFA-nın texniki direktorunun müavini Yunis Hüseynov deyib.

Vaxtilə millidə və “Neftçi”də çıxış etmiş veteran futbolçu “İdman” TV-də efirə gedən “Favorit” verlişinin qonağı olub. O, rəhbərliyi ilə oynadığı məşqçilərlə bağlı maraqlı fikirlər səsləndirib:

“Gördüyüm ən yaxşı məşqçi rəhmətlik Ruslan Abdullayevdir. Onun haqda yalnız yaxşı sözlər demək mümkündür. Rəhbərliyi altında oynadığım ən pis məşqçi isə Vaqif Sadıqovdur.

O, kor-koranə məşqlər keçirdi. Bunu mən çox sonralar özüm üçün dəqiqləşdirdim. Bilirsiz ki, bütün məşqçilik kateqoriyalarını Ukraynada oxumuşam.

Özümüzə görə savadımız və təcrübəmiz var. Həmin kurslarda oxuyarkən çox şey öyrəndim. Analiz etdim ki, Vaqif Sadıqov vaxtilə bizə düzgün məşq keçmirdi. Sadıqov çox yerdə işləyib, amma heç yerdə nəticə qazana bilməyib”.

Qeyd edək ki, Vaqif Sadıqov AFFA-da məşqçilər komitəsinin sədridir.

Həmin kateqoriyadan