AFFA “Rəvan”ı çempionatdan kənarlaşdırdı

U-16 Liqasında çıxış edən “Rəvan” futbol klubunun müvafiq yaş qrupu üzrə komandası çempionatdan kənarlaşdırılıb. Allsport.az xəbər verir ki, klub rəhbərliyi AFFA-ya ünvanladığı məktubla yarışlarda çıxışını dayandırdığını bildirib.

Göndərilən məktubu nəzərə alaraq İntizam Komitəsinin qərarı ilə “Rəvan” FK U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılıb.

Klub oyunların 50%-dən çoxunu keçirtdiyinə görə növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

Həmin kateqoriyadan