- Baxış sayı: 18
- 19 Mart 2024 12:26
- Baxış sayı: 76
- Mart 17, 2024
- 0
AFFA-nın apellyasiya arbitraj tribunalının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirədən sonra qərar qəbul olunub:
“Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
Topaz premyer liqasının 5-ci turunda 23 sentyabr 2018-ci ildə keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dairqonaq komandanın məşqçisi Anton Dioçenko barədə AFFA intizam komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib.
“Sumqayıt”ın məşqçisi Anton Dioçenkonun aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.