AFFA və PFL-i təhqir edənə sərt addım!

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə Azərbaycan 1-ci divizionunun 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Mil-Muğan” – “Zirə” matçının 38-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

“Bakılı” – “Lokomotiv” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Şəmkir” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Şəmkir”in futbolçusu Samir Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Kəpəz” – “Göyəzən” matçının 39-cu dəqiqəsində “Kəpəz”in futbolçusu Davud Kərimi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Şahdağ” – “Rəvan” matçında “Şahdağ”ın 4, “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Nicat Əliyev hakimi, AFFA və PFL-i təhqir etdiyinə görə 9 oyun cəzalanıb, klub 1400 manat cərimə olunub.

Həmin kateqoriyadan