AFFA-ya 10 min manat ödəyən “CBC Sport” millimizin oyununu yayım hüququnu aldı

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununun televiziya vasitəsilə yayım siqnalının əldə olunması üçün AFFA tərəfindən elan edilmiş tenderin nəticəsi müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, tenderin qalibi 10 min AZN təklifi ilə çıxış edən CBC Sport kanalı olub. Kanalın müvafiq müraciəti əsasında AFFA ilə aparılmış danışıqlara uyğun olaraq Azərbaycan – Moldova oyunu CBC Sport kanalında yayımlanacaq.

Həmin kateqoriyadan