AFFA yığmaya namizədlərin qısa siyahısını hazırlayır

Azərbaycan millisinə hazırda boş olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam etməkdədir. Allsport.az saytı xəbər verir ki, ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib.

Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın məşqçilər komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və icraiyyə komitəsinə təqdim olunacaq.

Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Həmin kateqoriyadan