AFFA “Zirə”nin baş məşqçisinə xəbərdarlıq edib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

Premyer liqanın 4-cü turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində qonaqların baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə qarşı emosional şəkildə etiraz etdiyi üçün xəbərdarlıq olunur.

Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.

Həmin kateqoriyadan