Aftandil Hacıyev: “Hər rəqibə qarşı belə istəkli oynasaq, uğurlu çıxışı davam etdirərik”

Ölkə çempionatının 15-ci turunda “Keşlə”nin qonağı olan “Səbail” böyük hesabla (3:0) qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında Aftandil Hacıyevin qələbəyə belə şərh verib:

“Oyuna istəkli başladıq. Toplanışda çalışdığımız epizodları  meydanda görmək istəyirdik. Futbolçular da əllərindən gələni etdilər.

Çempionata belə başlamaq yaxşıdır. Amma daha çətin oyunlarımız qarşıdadır. Hər rəqibə qarşı belə istəkli oynasaq, uğurlu çıxışı davam etdirərik”.

Həmin kateqoriyadan