“Ağ-qaralar” yeni mövsümün hazırlığına başlayıb

“Neftçi” yeni mövsümünün hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, düşərgədə olan futbolçular əvvəlcə tibbi baxışdan keçiblər. Axşam saatlarında isə “İsmət Qayıbov” adına bazada fiziki testlər yerinə yetirilib. Sabah 2 məşqlə davam olacaq. İyunun 14-dək evdə hazırlaşacaq komandamız, ayın 15-də toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən “Fənərbağça Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Həmin kateqoriyadan