“Ağ-qaralar”ın 4-cü transferi xorvatiyalı mərkəz müdafiəçi olub

“Neftçi” növbəti transferi həyata keçirib. Allsport.az saytı xəbər verir ki, bakılılar xorvatiyalı Slavko Braliçlə 1 il müddətinə müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Şiroki Briyeq” (Bosniya və Hersoqovina) olan futbolçu, vətənində “Omladinas Vranyiç”, “Solin” və “Osiyek” komandalarında çıxış edib.
“Ağ-qaralar” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun sıralarına qatıb.

Həmin kateqoriyadan