“Ağ-qaralar”ın yeni futbol geyimləri satışda

“Neftçi”nin yeni mövsüm üçün futbol geyimləri sentyabrın 16-dan satışa çıxarılacaq.

Allsport.az saytı xəbər verir ki, yeni formaları həmin gün saat 21:00-da başlayacaq “Neftçi” – “Keşlə” oyunundan 2 saat əvvəl “8-ci km” stadionunda yerləşən fanşopdan əldə etmək mümkündür.

Qiyməti 60 AZN təşkil edəcək. Formanın arxasına ad və nömrə vurdurmaq istəyənlər əlavə 20 manat ödəyəcəklər.

Həmin kateqoriyadan