Ağabaladan 150

“Səbail”in futbolçusu Ağabala Ramazanov premyer liqada 150-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, bu, 8-ci turun “Sumqayıt”la matçına (0:2) təsadüf edib.

2011/12 mövsümündə “Neftçi”nin futbolçusu kimi debüt edən hücumçu, 150-yə iştirakçısı olduğu 9-cu çempionatda çatıb.

O, ümumilikdə 6 komandanın formasını geyinib. “Xəzər Lənkəran”da daha çox – 59 oyun keçirən Ağabala, “Sumqayıt”da 33, “Səbail”də 26, “Qarabağ”da 18, “İnter”də (indiki “Keşlə”) 13, “Neftçi”də 1 dəfə meydana çıxıb.

Həmin kateqoriyadan