Ağacan Abiyev: Bu dəfə boksçularımızın medalların əyarı daha yüksək olacaq

Bu gün gecə saatlarında Azərbaycanın nümayəndə heyəti Rioya yola düşdü. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yolasalmada Boks federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abiyev də vardı. O, jurnalistlərə açıqlamasında budəfəki nəticənin ötənlərdən daha yaxşı olacağını söylədi:

«Son illərdə Azərbaycan boksu sürətlə inkişaf edib. Uğurlarımız göz qabağındadır. Artıq 4 dünya çempionumuz var. Sidney-2000-dən bu yana boksçularımız Vətənə bürünc medallarla qayıdırlar. Bu dəfə mükafatların əyarı daha yüksək olacaq».

Həmin kateqoriyadan