Ağacan Abiyev: Qadın boksunun tərəfdarı deyiləm, çünki onun fizioliji fəsadları var

Boks mərkəzində ölkə çempionatı davam edir. Yarışın gedişində ABF-nin 1-ci vitse-prezidenti Ağacan Abiyev dünya boksunda gedən son durumu allsport.az saytına dəyərləndirdi. Onun fikrincə, vəziyyət elə də ürəkaçan deyil:

“Çin-Kuo Vu prezident vəzifəsindən qovuldu. Amma AİBA-da işbilməzlər qalmaqdadır. Son dövrdə tez-yez çəkiləri dəyişirlər. Bu düzgün deyil. Çəki dərəcələri yüksəldikcə, onlar arasında fərq də artır. Çox fərq, döyüş vaxtı zədə ehtimalını artırır. 5 kq artıq çəkidə olan boksçunun zərbəsi, ondan bu qədər az çəkidə olanla bir deyil.

Bu azmış kimi, olimpiya oyunlarında kişi boksunda 2 çəkini alıb qadınlara vermək istəyirlər. Mən ümumən qadın boksunun tərəfdarı deyiləm. Burda məsələyə elmi yanaşmaq lazımdır. Boks – sırf kişi idmanıdır. Qadının qarnına yumruqların döyəclənməsinin sonradan fizioliji fəsadları olur. Yaddan çıxarmamalıyıq ki, qızlar gələcək analardır. Boksda zərbələr qarında olan daxili orqanları zədələyir və bu da yekunda sonsuzluğa gətirib çıxarır”.

Həmin kateqoriyadan