Ağasif Rəhimov və Nurcan Cabbarlı cütü Avropa çempionatında 3-cü pilləni tutub

Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə 28-ci Avropa çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi  üçün uğurlu olub.

Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı yunior komandaların balans proqramı üzrə finala vəsiqə qazanıblar.

Lakin final mərhələsində yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, məsuliyyətli vəzifəni icra etmək adı ilk çəkilən cütün üzərinə düşüb. Həlledici mərhələdə akrobatlarımız 27.900 xalla bürünc medalına sahib olublar.

Həmin kateqoriyadan