Ağcabədidə Aran-Qarabağ bölgə birincilyi

ACF-in dəstəyi ilə bölgə birincilikləri davam edir. Allsport.az saytı xəbər verir ki, növbəti belə yarış Ağcabədidə keçirilib. Aran-Qarabağ bölgəsində 2005-2007-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında qaliblərin adlarına aydınlıq gətirilib:

Sadiq Qurbanov (30 kq), Rəvan Əhmədov (34 kq), Əlibala Cabbarov (38 kq), Məcid Əhmədov (42 kq), Hüseyn Sadıqov (46 kq), Elvin Göyüşzadə (50 kq), Niyaməddin Bayramzadə (55 kq), Şamil Baxışlı (60 kq), Camal Cəbrayılov (66 kq), Fərid Talıbov (73 kq) və Nihad Səfərov (+73 kq);

Röya Həsənova (28 kq), Aynur Məmmədova (36 kq), Zəhra Xəlidzadə (44 kq), Almira Hacıyeva (48 kq) və Pərvanə Abdullayeva (52 kq).

Mükafatçılara cüdo federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan