Ağdam klubu “Neftçi”nin cavabını verib

Premyer liqanın 15-ci turunda “Qarabağ” – “Neftçi” oyunu öncəsi gərginlik davam edir. Allsport.az saytı xəbər verir ki, tərəflər bir-birinə söz atır. Dünən “Ağ-qaralar”ın rəsmi Feysbuk səhifəsi promo video hazırlayaraq, sonda mövsümün birinci hissəsində “Qarabağ”ı 3:1 hesabı ilə məğlub etdikləri oyuna işarə vuraraq, “Harda qalmışdıq” sualı verib.

Bu gün Ağdam klubu eyni tərzdə rəqibinə cavab verib. Sonuncu dəfə mərkəzi arenada öz aralarında oynanılan matçda (2015/2016 mövsümü, ölkə kubokunun final oyunu – 1:0) vurduqları qələbə qolununun videosunu  paylaşan “Qarabağ”ın rəsmi Feysbuk səhifəsi, qarşı tərəfə “Qaldığımız yerdən başlamağa hazırıq” cavabını verib.

Sabah Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 18:30-da başlayacaq.

Həmin kateqoriyadan