Ağdamda universal döyüş üzrə beynəlxalq turnirdə 10 ölkənin idmançıları yarışacaq

Aprelin 23-dən 26-dək Ağdam Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan universal döyüş üzrə beynəlxalq turnir keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda 10 ölkədən 400-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.

Azərbaycan millisi turnirdə dörd heyətlə təmsil olunacaq. Qeyd edək ki, ənənəvi olaraq keçirilən yarış ötən il Qusarda təşkil olunub.

Həmin kateqoriyadan