AGF-in 1-ci vitse-prezidenti Əsgərxan Novruzovu vəzifəsinə qaytarıb

Yeniyetmə sərbəst güləş millisinin böyük məşqçi Əsgərxan Novruzov işinə qayıdıb. Allsport.az saytına daxil olan məlumata görə, mütəxəssisi vəzifəsinə 1-ci vitse-prezident Namiq Əliyev bərpa edib. Avqustun 7-də awf-az.org-da çıxan məşqçilər heyətində dəyişikliklər barədə bilgidə onun adına rast gəlinməməsi bunu təsdiqləyir. Nəticə verən yerli məşqçini, vitse-prezident və milli komandaların baş məşqçi Firdovsu Umudov şəxsi zəmində aralarında yaşanan qalmaqaldan sonra kənarlaşdırmışdı.

Əsgərxan Novruzov uzun illərdir bu işində çalışır. Yunan-Roma güləşindən fərqli, yeniyetmə sərbəst güləş millimiz Avropa və dünya birinciliklərində qızıl medalacan belə qazanıb, üstəlik, Buenos Ayres-2018 olimpiya oyunlarına lisenziyaya yiyələnib. Onun şəxsi tələbəsi Mahir Əmiraslanovun gənclərin dünya birinciliyinin və Bakı-2017 İslam oyunlarının qalibidir; dünya kubokunda bürünc mükafatçıdır.

Həmin kateqoriyadan