VİDEO
AGF-dən Ağdam klubuna dəstək: Haydı “Qarabağ”, irəli!

Çempionlar Liqasının 3-cü təsnifatının cavab oyununda “Qarabağ” klubu Çex Respublikasının “Viktoriya” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, ilk matşda səfərdə sərfəli nəticə (0:0) ilə qayıdan komandamız Azərbaycan futbolu tarixində 1-ci dəfə pley-off mərhələsinə yüksələ bilər.

Bu arada Ağdam klubuna hər tərəfdən gəlir. Belə bir addımı bu gün Gimnastika federasiyası atıb. Millimizin üzvləri baş məşqçi Mariana Vasilyeva ilə birgə “Qarabağ”ı qələbəyə səsləyib, ona ruh veriblər.

“Qarabağ” – “Viktoriya” matçı avqustun 2-də keçiriləcək və saat 20:30-da start götürəcək.

Həmin kateqoriyadan