AGF kuboku son gün: 5 qızıl, 1 gümüş və 3 bürünc medal

Heydər Əliyev adına İdman Sarayında yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında AGF kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu dəfə yarış iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyıb.

Sınaqda Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak ediblər.

Turnirin son günündə gənclər arasında sərbəst güləş üzrə 148 pəhləvan mübarizə aparıb. Güləşçilərimiz 5 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. Komanda hesabında Azərbaycan 1-ci, Türkiyə 2-ci, Rusiya millisi 3-cü yeri tutublar.

50 kq 
FİNALZalimxan Maqomedsultanov (RUS) – Boranqaliov (KAZ) 10:8
Bürünc medal görüşü – Robert Dinqaşvili (GEO) – Arif Hüseynov 3:1
Bürünc medal görüşü – Şəhriyar Salmanov – Ali Reza Qoodarzi (İRİ) 8:18
74 kq 
FİNAL – Muhammed Akdeniz (TUR) – Murad Süleymanov 2:12
Bürünc medal görüşü – E.Tilem (KAZ) – Sayakbay Usubov (KGZ) 6:12
Bürünc medal görüşü – Məhəmmədhacı Muxutov – Ahmet Erturk (TUR) 2:10
55 kq 
FİNALMahir Əmiraslanov – Ruslan Qasımov 7:5
Bürünc medal görüşü – Mekan Orazov (TKM) – Younes Emamçeqani (İRİ)
Bürünc medal görüşü – Ruslan Surxayev – Muslim Sadullayev (RUS) 4:1
84 kq 
FİNALHacımurad Məhəmmədsəidov – Mustafa Sessiz (TUR) 11*:11
Bürünc medal görüşü – Məhəmmədrəsul Qazıməhəmmədov – Axra Cengeniya 12:8
Bürünc medal görüşü – Elçin Məmmədov – Arsen Musalaliyev (RUS)
60 kq 
FİNALVurğun Əliyev – B.Torebek (KAZ) 6:2
Bürünc medal görüşü – Əli Rəhimzadə – Adam Qeri Mejedov (RUS) 0:2
Bürünc medal görüşü – Giorgi Sulava (GEO) – Mehmet Erzincanlı (TUR) 5:0
96 kq 
FİNALGivi Matçaraşvili (GEO) – Aykut Işık (TUR)
Bürünc medal görüşü – Turxan Qurbanov – B.Almentay (KAZ) 3:3*
Bürünc medal görüşü – Kristof Vitthamann (HUN) – İlderiz Savran (TUR) 
66 kq 
FİNAL – Tayqib Qasanov (RUS) – Enes Uslu (TUR) 11:14
Bürünc medal görüşü – Mehmet Volkan Asan (TUR) – Teymur Məmmədov 0:6
Bürünc medal görüşü – İmam Qusaino (RUS) – Jamal Ebadi (İRİ) 5:7
120 kq 
FİNALSəid Həmidov – Asadulla İbraqimov (RUS) 5:0
Bürünc medal görüşü – Yunus Emre Dede (TUR) – Həmzətxan İsrafilov 3:0
Bürünc medal görüşü – Hüseyin Civelek (TUR) – Laşa Jeladze (GEO) 6:3

 

Həmin kateqoriyadan