AGF kuboku turnirində 16 qızıl, 14 gümüş və 23 bürünc medal qazandıq

Heydər Əliyev adına İdman Sarayında yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında AGF kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu dəfə yarış iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyıb.

Sınaqda Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak ediblər.Ümumilikdə, 13 ölkədən 500-ə yaxın idmançının mübarizə apardığı yarışda güləşçilərimizin çıxışını uğurlu hesab etmək olar. Belə ki, 4 gün davam edən yarışı yığma komandamızın üzvləri 16 qızıl, 14 gümüş və 23 bürünc olmaqla ümumilikdə 53 medalla başa vurdu.

Yeniyetmə yunan-Roma güləşçilərimiz 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq ilk yarış gününə damğa vurdular. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri ikinci yarış günündə mübarizəyə qoşuldurlar və günü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdular. Yarışın son iki günündə mübarizəyə qoşulan sərbəst güləşçilərin qazandığı 24 medaldan, 4 qızıl, 3 gümüş və 8 bürüncü yeniyetmələrin, 5 qızıl, 1 gümüş və 3 bürüncmedal isə gənclərin payına düşüb.

IMG_7528-13452-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_7846-13453-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_8269-13454-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_9013-13455-920-485-100-wm-right_bottom-100-imageswmpng

Həmin kateqoriyadan