AGF rəhbərliyi məşqçilərə nizam-intizam qaydalarına ciddi riayət etməyi tapşırıb

Bu gün Bakı idman sarayının iclas zalında AGF rəhbərliyi sərbəst güləş üzrə məşqçilərin iştirakı ilə seminar keçirib. Allsport.az saytı xəbər verir ki, tədbirdə baş katib Orxan Məmmədov, adı çəkilən növdə vitse-prezident Firdovsi Umudov və hakimlər kollegiyasının sədri Qərib Əliyev mütəxəssislərlə söhbət edib.

Awf.az-ın məlumatına görə, məşqçilərə Dünya Güləş Birliyinin qaydaları başa salınıb, yarış zamanı nizam-intizam meyarlarına ciddi riayət etmələri tapşırılıb.

Həmin kateqoriyadan